Endokrinologiya və metabolizm

Avropa Beynəlxalq Hospital · Bakı

Endokrinoloq Dr. Samir Şükürov iş otağında

Dr. Samir Şükürov, həkim-endokrinoloq: Hormonal sağlamlığınız etibarlı əllərdə

Şəkərli diabet, qalxanvari vəz, hipofiz və böyrəküstü vəz xəstəliklərinin dəqiq diaqnostikası və fərdi müalicəsi — beynəlxalq təcrübəyə əsaslanan yanaşma ilə.

Dr. Samir Şükürov sənədlər üzərində işləyir

Haqqımda

Endokrinoloq
Dr. Samir Şükürov

2010-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2011–2015-ci illərdə Türkiyədə Bezmialem Vakıf Universitetinin endokrinologiya və metabolizm xəstəlikləri bölməsində ixtisaslaşmışdır. Hazırda Avropa Beynəlxalq Hospitalda direktor və həkim-endokrinoloq kimi fəaliyyət göstərir.

  • Türkiyə Endokrinologiya və Metabolizm Cəmiyyətinin fəxri üzvü
  • Amerika və Avropa endokrinologiya cəmiyyətlərinin həqiqi üzvü
15+
il klinik təcrübə
60+
Beynəlxalq konqres və seminar
31
Sertifikat
6
Hospitalda iş təcrübəsi

Xəstəliklər

Endokrin sistemin bütün istiqamətləri

Hormon pozğunluqlarının diaqnostikası, müalicəsi və uzunmüddətli nəzarəti — laborator və instrumental müayinələrin nəticələrinə əsaslanan fərdi plan.

Necə işləyirik

Qəbuldan nəzarətə qədər aydın addımlar

İlk görüşdən müalicənin nəticəsinə qədər hər mərhələ sizə əvvəlcədən izah olunur.

  1. İlk qəbul 001

    Şikayət və anamnez

    Şikayətləriniz, ailə anamnezi, istifadə etdiyiniz dərmanlar və əvvəlki analizlər ətraflı dəyərləndirilir.

    Fiziki müayinə

    Çəki, təzyiq, qalxanvari vəzin palpasiyası və digər klinik göstəricilər yoxlanılır.

  2. Diaqnostika 002

    Laborator analizlər

    Ehtiyac olan hormon, qlükoza, lipid və vitamin göstəriciləri təyin edilir — artıq analiz yazılmır.

    İnstrumental müayinələr

    Lazım olduqda USM, biopsiya və ya MRT kimi müayinələrlə diaqnoz dəqiqləşdirilir.

  3. Müalicə və nəzarət 003

    Fərdi müalicə planı

    Dərman terapiyası, qidalanma və həyat tərzi tövsiyələri sizin vəziyyətinizə uyğun hazırlanır.

    Dinamik nəzarət

    Təkrar qəbullarda nəticələr izlənilir və müalicə lazım olduqca tənzimlənir.

Pasiyent rəyləri

Pasiyentlərimizin sözləri

9

9 pasiyent rəyi

Nailə Əliyeva

Bakı

Gözəl insan savadlı doktorumuz Allah sizi bizə çox görməsin

Fidan Abbasova

Bakı

Anam şəkərini sizin sayənizdə nəzarətdə saxlayır və şükürlər olsun heç bir problemi yoxdur. Allah sizdən çox razı olsun doktor.

Xalid Zeynalov

Bakı

Yaxşı ki, dəqiq diaqnoz üçün müayinənizdə oldum biopsiya etdiniz. Yoxsa gərəksiz yerə əməliyyata gedəcəkdim. Allah köməyiniz olsun həkim.

Rəhman Əsədov

Bakı

Gözəl insan gözəl həkim hər işləriniz uğurlu olsun bir nömrəli Endokrinoloq məni yenidən həyata qaytaran həkimim sizin kimi savadlı həkim tanımıram Vallah

Leyla Əhmədova

Bakı

Gəncədə sizin qəbulunuzda olmuşduq. Çox sağ olun həkim o qədər irəliləyiş var ki, piylənmədən bu çəkilərdən sizin sayənizdə qurtulacam inşallah.

Sevinc Quliyeva

Bakı

Zobla əlaqəli o qədər problemim vardı ki, köklük, tüklənmə, əsəbilik artıq bezmişdim. Sayənizdə demək olar ki, ikinci dəfə dünyaya gəldim. O qədər kömək oldunuz ki mənə Allah sizdən razı olsun.

Xatirə Babayeva

Bakı

Yaşasın həqiqi sənətini peşəsini sevən insanlar. Allah sizə ömür versin bizim sevimli doktorumuz. Rəbbimə min şükürlər olsun ki, sizin kimi gözəl insanlar, peşəsinin öhdəsindən layiqincə gələn doktorlar var.

Anar Orucov

Bakı

Çox savadlı həkimlərimizdən biri. Anam sizin yanınıza getmişdi. İlk öncə inanmadım. Dedim başqa həkim yox idi. Hətta ikinci qəbulunda özüm gedib suallar verdim. Nə yaxşı ki, anamın həkimi siz oldunuz.

Aysu Ağamirova

Bakı

Yaxşı ki, sizi tanıdım ay doktor zobuma da müalicəniz çox yaxşı təsir edib. Tanrı sizi qorusun.

Sual-Cavab

Tez-tez verilən suallar

Endokrinoloq qəbulu ilə bağlı ən çox soruşulan suallara qısa cavablar.

Sualınız cavabsız qaldı? Bizə yazın.

Zəng edin:

Səbəbsiz çəki artımı və ya itkisi, daimi yorğunluq, susuzluq və tez-tez sidiyə getmə, boyunda şişkinlik, ürək döyüntüsü, tüklənmə və ya menstrual pozğunluqlar endokrinoloq müayinəsi üçün əsas ola bilər.

Son 6–12 ayda verdiyiniz analizlərin və müayinələrin nəticələrini, istifadə etdiyiniz dərmanların siyahısını və əvvəlki həkim rəylərini gətirməyiniz tövsiyə olunur.

Bəzi analizlər (məsələn, qlükoza və lipid profili) ac qarına, bəziləri isə günün müəyyən saatında verilir. Hansı analizin necə veriləcəyi qəbul zamanı sizə ayrıca izah olunur.

Xeyr. Düyünlərin böyük hissəsi xoşxassəlidir. Lakin düyünün xarakterini müəyyən etmək üçün USM, lazım olduqda isə biopsiya ilə dəqiq diaqnoz qoyulmalıdır.

Bu, diabetin tipindən və mərhələsindən asılıdır. Bəzi hallarda həyat tərzi dəyişikliyi kifayət edir, digərlərində isə dərman və ya insulin terapiyası lazımdır. Qərar analizlərə əsasən fərdi verilir.

Qəbula yazılın

Formu doldurun — müraciətiniz birbaşa həkimin e-poçtuna göndəriləcək və qəbul vaxtı sizinlə razılaşdırılacaq.

Qəbul vaxtı

B.ertəsi–Cümə 09:00–17:00, Şənbə 09:00–14:00

Bloq

Faydalı məqalələr və tövsiyələr

Diabet, qalxanvari vəz və metabolizm haqqında maarifləndirici yazılar.